DÜNYA » CƏMİYYƏT
16 Mart 2020, 12:08 (GMT +4)

Türkiyədə 18 koronavirusa yoluxma halı aşkar edilib

Bakı, 16 mart, SalamNews. Türkiyədə daha 12 yeni növ koronavirusa (Covid-19) yoluxma halı aşkar edilib. Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca Tvitter-məlumat verib.

SalamNews -un "Haberler"ə istinadən verdiyi məlumata görə, ümumilikdə ölkədə yoluxanların sayı 18-ə çatıb.

“Yeni infeksiyanın sayı 12 nəfərdir. Hal-hazırda yoluxmuşların ümumi sayı 18-dir", nazir qeyd edib.

Onun sözlərinə görə, koronavirus üçün testi müsbət çıxan iki xəstənin Türkiyədəki ilk yoluxmuş xəstələr ilə təması olub.

Həmçinin Avropdan gələn 7, ABŞ-dan gələn 3 nəfərdə virus aşkar ediib.