AZƏRBAYCAN » SİYASƏT
16 Mart 2020, 14:48 (GMT +4)

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

Bakı, 16 mart, SalamNews.Milli Məclisin (MM) sabah - martın 17-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

SalamNews-un xəbərinə görə, toplantıda “Təhsil haqqında”, “Elm haqqında”, “Peşə təhsili haqqında”, "Sərhəd mühafizə orqanları haqqında", “Lisenziyalar və icazələr haqqında” və digər qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.