DÜNYA » HADİSƏLƏR
16 Mart 2020, 13:40 (GMT +4)

Nigeriyada neft boru kəmərində partlayışlar nəticəsində 17 nəfər dünyasını dəyişib

Bakı, 16 mart, SalamNews. Nigeriyada boru kəmərinin bir hissəsində baş verən partlayışlar nəticəsində azı 17 nəfər ölüb.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə yerli "Channels TV" məlumat yayıb.

Partlayışlar bazar günü Laqosda qeydə alınıb.

Yaxınlıqdakı çox sayda bina, o cümlədən kilsə və qızlar yataqxanası dağılıb.

50-dən çox insan xəsarət alıb, xəstəxanalara göndərilib.

Xəsarət alan 25 nəfərə yerində tibbi xidmət göstərilib.