DÜNYA » CƏMİYYƏT
17 Mart 2020, 18:03 (GMT +4)

Avstraliyada ilk dəfə immunitet sisteminin koronavirusa necə reaksiya verdiyi müəyyənləşdirilib

Bakı, 17 mart, SalamNews. Avstraliya alimləri ilk dəfə insanın immunitet sisteminin koronavirusa necə reaksiya verdiyini müəyyənləşdirib.

SalamNews -un məlumatına görə, bu araşdırma nəticəsində məlum olub ki, koronavirusdan sağalmaq adi qripdən sağalmaq prosesi kimi cərəyan edir. 

Tədqiqat Melburndakı Piter Doktrini adına İnfeksiya və İmmunlaşdırma İnstitutunda aparılıb,  nəticələri "Nature Medical Journal"da  dərc edilib.

"Bu, vacib bir kəşfdir, çünki immunitet sistemimizin yeni koronavirusla necə mübarizə apardığını ilk dəfə anlaya bilirik", tədqiqatın müəllifi, professor Ketrin Kodzirska məlumat verib.

Onun sözlərinə görə, Uxandan olan 47 yaşlı qadın Avstraliyada xəstəxanaya yerləşdirilib. Professor Kodzirska və həmkarları onun immun sisteminin virusa qarşı reaksiyasının hər mərhələsini  nəzarətdə saxlayıb.

"Kliniki simptomların yaxşılaşmasına qədər immun hüceyrələrin yaranmasını həyəcanla qeydə alırdıq", Kodzirska bildirib.