DÜNYA » HADİSƏLƏR
18 Mart 2020, 09:30 (GMT +4)

Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Bakı, 18 mart, SalamNews. Türkiyədə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, mərhumun 89 yaşı olub.

"Çinə səfərdən qayıdan işçidən yoluxub", Koca qeyd edib. 

Nazir ölkədə yoluxanların ümumi sayının 98 nəfər olduğunu bilidirb.