RUSİYA » SİYASƏT
18 Mart 2020, 09:54 (GMT +4)

Putin 22 aprel tarixini Konstitusiya dəyişikliyinə dair səsvermə günü təyin edib 

Bakı, 18 mart, SalamNews. Rusiya prezidenti Vladimir Putin 22 apreldə konstitusiya dəyişiklikləri ilə əlaqədar ümumxalq səsverməsi təyin edilməsi haqqında sərəncam imzalayıb.

SalamNewsRİA Novosti-yə istinadla xəbər verir ki, sərəncamın mətni Kremlin rəsmi saytında dərc olunub.

Putin bildirib ki, əgər vəziyyət tələb edərsə səsvermə təxirə salınaraq başqa vaxta təyin edilə bilər. Onun sözlərinə görə, vətəndaşların sağlamlığı hər şeydən üstündür.