DÜNYA » SİYASƏT
18 Mart 2020, 14:05 (GMT +4)

Merkel AB-nin Türkiyə ilə qaçqınlar barədə əldə edilən razılaşmaya sadiq olduğunu bildirib

Bakı, 18 mart, SalamNews. Avropa ölkələri Türkiyə ilə qaçqınlarla bağlı razılaşmanı davam etdirmək əzmindədir və Ankaraya daha böyük miqdarda maddi yardım göstərilməsini istisna etmir. SalamNews -un verdiyi xəbərə görə, bu barədə Berlində keçirilən mətbuat konfransında Almaniya kansleri Angela Merkel açıqlama verib.

Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron və İngiltərə Baş naziri Boris Conson arasında baş tutan videokonfrans danışıqlarını şərh edib.

"Biz miqrasiya mövzusunu da müzakirə etdik. Bu gün Türkiyənin xarici işlər naziri [Mevlut] Çavuşoğlu ilə Avropa Birliyi diplomatiyası [Josep] rəhbəri Borrell arasında danışıqlar aparılıb. Biz  danışıqlara rəhbərlik etmirik, amma AB ilə Türkiyə arasındakı razılaşmanı qorumaqla bağlı istəyimizi açıq şəkildə bildirdik", Merkel qeyd edib.

O həmçinin qeyd edib, Almaniya ehtiyac olarsa daha çox maddi yardım göstərməyə hazırdır.