DÜNYA » SİYASƏT
18 Mart 2020, 15:57 (GMT +4)

ABŞ və Kanada ölkələr arasındakı sərhədi qismən bağlamağı planlaşdırır

Bakı, 18 mart, SalamNews. Amerika Birləşmiş Ştatları və Kanada, koronavirusun yayılmasının qarşısını almaq  məqsədi ilə təcili səfərlər istisna olmaqla sərhəd boyunca bütün səyahətləri dayandırmağa hazırlaşır. SalamNews xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasındakı mənbəyə istinadən CNN məlumat yayıb.

Məlumata əsasən, yeni məhdudiyyətlər sərt olmayacaq və ölkələrə ticarəti davam etdirməyə imkan veriləcək.

ABŞ və Kanadanın digər dövlətlərə qarşı tətbiq etdiyi giriş qadağalarından fərqli olaraq, bu qərar iki ölkənin əldə etdiyi razılaşma nəticəsində qəbul ediləcək.