DÜNYA » CƏMİYYƏT
19 Mart 2020, 11:22 (GMT +4)

ABŞ-da koronavirusdan ölənlərin sayı 150-yə çatıb

Bakı, 19 mart, SalamNews. ABŞ-da koronavirusdan ölənlərin sayı 150-yə çatıb, yoluxmuş insanların ümumi sayı isə 9 mindən çoxdur.

SalamNews TASS-a istinadən xəbər verir ki, belə məlumatları Con Hopkins Universiteti paylaşıb.

Federal və əyalət rəsmilərinin məlumatlarına görə, ölkədə 9,345 yoluxma hadisəsi qeydə alınıb. ABŞ-da 106 nəfər xəstəlikdən sağalıb.