DÜNYA » SİYASƏT
19 Mart 2020, 11:33 (GMT +4)

ABŞ İraqdakı hərbi qərargahlardan birini ölkə ordusuna təhvil verib

Bakı, 19 mart, SalamNews, B.Samid. ABŞ Ordusu İraqın Suriya ilə sərhədində yerləşən əl-Qaim hərbi qərargahını yerli qüvvələrə təhvil verib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat yayıblar.

Bildirilib ki, artıq ABŞ qüvvələri əl-Qaim rayonundakı hərbi qərargahı yerli qüvvələrə təhvil verərək, qərargahı tərk ediblər.

ABŞ mediası iki gün öncə məlumat yayıb ki, ABŞ İraqdakı 8 qərargahdan 3-ü tərk edəcək.

Qeyd edək ki, son həftələrdə İraqda ABŞ qüvvələrinin olduğu bazalara intensiv hücumlar həyata keçirilir. Son iki hücumda iki ABŞ hərbiçisi ölüb və daha ikisi yaralanıb.