DÜNYA » HADİSƏLƏR
23 Mart 2020, 12:18 (GMT +4)

Kolumbiyanın paytaxtında həbsxanadakı iğtişaşlarda 23 nəfər ölüb

Bakı, 23 mart, SalamNewsKolumbiyanın paytaxtındakı "Modelo" həbsxanasında kütləvi qaçış cəhdi zamanı azı 23 nəfər ölüb, 83 nəfər yaralanıb.

SalamNews-un məlumatına görə, bu barədə "El Tiempo" qəzeti ədliyyə naziri Marqarita Kabelloya istinadən xəbər verib.

Qəzetin məlumatına görə, iğtişaşların səbəbləri həbsxanalardakı anti-sanitariya vəziyyətinin hökm sürməsi, həmçinin məhbusların koronavirusdan qorunması ilə bağlı tələbləri olub.