QAFQAZ » CƏMİYYƏT
23 Mart 2020, 16:46 (GMT +4)

Gürcüstanın Marneuli bölgəsində sahə xəstəxanası yaradılıb

Bakı, 23 mart, SalamNews. Gürcüstanın Marneuli bölgəsində sahə xəstəxanası yaradılıb.

SalamNews-un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verir.

Xəstəxana Gürcüstan hökumətinin qərarı ilə yaradılıb. Sahə xəstəxanası dünən gecə təcili yardım işçiləri tərəfindən qurulub.

Xatırladaq ki, Marneulidə koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bu gündən etibarən karantin rejimi tətbiq edilib.