DÜNYA » SİYASƏT
23 Mart 2020, 15:43 (GMT +4)

Reuters: Pompeo Əfqanıstana elan olunmamış səfərə gedib

Bakı, 23 mart, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeo Əfqanıstana elan olunmamış səfərə gedib.

SalamNews xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Pompeo Kabildədir. Burada o dövlət başçısı prezident Əşrəf Qani və seçkilərinin nəticələrini tanımayan  siyasi rəqibi Abdullah Abdullahla görüşməyi planlaşdırır.

Qeyd olunur ki, dövlət katibinin səfərinin məqsədi Əfqanıstan hökuməti ilə radikal "Taliban" hərəkatı arasında məhbusların mübadiləsi ilə bağlı danışıqlarına kömək etməkdir.