AZƏRBAYCAN » MƏDƏNİYYƏT
23 Mart 2020, 14:41 (GMT +4)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yeni sosial layihəyə başlayır

Bakı, 23 mart, SalamNews. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bayram günlərində koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizədə həmrəylik nümayiş etdirmək, izləyicilərimizə xoş əhval–ruhiyyə bəxş etmək və onların asudə vaxtını təşkil etmək məqsədilə #senetinle destekle haştaqı ilə “Bayram ünsiyyəti” challenge-inə start verir. Layihə çərçivəsində tanınmış sənətçilər mənzillərindən tamaşaçılarla ünsiyyət quracaq, onları sözlü-nəğməli konsert proqramına dəvət edəcək, arzu və istəklərini canlı olaraq cavablandıracaqlar. 

Layihənin ilk qonağı - Azərbaycan Respublikasının Xalq artisti, tanınmış müğənni Eyyub Yaqubovla “Bayram ünsiyyəti” martın 23-ü saat 17.00-da Baş İdarənin (@bakimedeniyyetidaresi)və müğənninin (@eyyub.yaqubov) instagram hesablarından - canlı yayımlanacaq.