DÜNYA » SİYASƏT
23 Mart 2020, 15:28 (GMT +4)

Səfir: Bordodan Tehrana iki humanitar yardım təyyarəsi gəlib

Bakı, 23 mart, SalamNews. Fransanın Bordo şəhərindən Tehrana sərhədsiz həkim briqadası gəlib. 

SalamNews İRNA-ya istinadla xəbər verir ki, bu barədə İranın Fransadakı səfiri Behram Haşemi öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, tibb işçilərindən başqa təyyarədə ikinci partiya humanitar yük də olub.

Humanitar yardımda  sahə xəstəxanası üçün lazımi dərmanlar, tibbi ləvazimatlar və avadanlıqlar olub.

Qeyd edək ki, humanitar yardımın ilk hissəsi bazar günü Tehrana gətirilib