DÜNYA » CƏMİYYƏT
24 Mart 2020, 10:41 (GMT +4)

ABŞ-da 471 nəfər koronavirusdan ölüb 

Bakı, 24 mart, SalamNews. ABŞ-da 35 mindən çox insanın koronavirusa yoluxması qeydə alınıb.  

SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə federal və yerli statistik hesablamaları aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, bazar ertəsi 35 241 hadisə qeydə alınıb, 471 nəfər ölüb.

ABŞ Çin və İtaliyadan sonra yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.