DÜNYA » HADİSƏLƏR
25 Mart 2020, 10:29 (GMT +4)

Rusiyanın uzaq şərqində 7.5 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var

Bakı, 25 mart, SalamNews, B.Samid. Rusiyanın Saxalin əyalətinin sahilində 7.5 bal gücündə zəlzələ baş verib. Sunaminin təhlükəsilə bağlı bəzi bölgələrdə əhali təxliyə edilib.

SalamNews RT-ə istinadla xəbər verir ki, Rusiyanın Kuril adaları sahillərində 7.5 bal gücündə zəlzələ nəticəsində Severo-Kurilsk şəhərində bəzi tikililərdə dağıntılar qeydə alınıb.

Sunami təhlükəsi var.

Bu şəhərdə təxliyə əməliyyatı başlayıb.

Rusiyanın aidiyyatı qurumları artıq birinci sunami dalğasının baş verdiyini və dağıntıların olmadığını bildirib. Növbəti və daha güclü sunami dalğasının baş verəcəyi gözlənilir.