AZƏRBAYCAN » İQTİSADİYYAT
25 Mart 2020, 12:32 (GMT +4)

Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artıb

Bakı, 25 mart, SalamNews.Bu ilin yanvar-fevralaylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 385 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

SalamNews-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,3% artaraq 48,6 mln. manat təşkil edib.

Ötən iki ayıərzində Azərbaycanda 4 355,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-fevralaylarının göstəriciləri ilə müqayisədə 4,2% çoxdur.

Bunun 124,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-fevralaylarının göstəriciləri ilə müqayisədə 31,4% azdır.

Bunun 4 079,4 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 6,5% çoxdur.

Hesabat dövründə Azərbaycanda 17,0 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 9,1%azdır.

Yanvar-fevralaylarında ölkədə 4,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-fevralaylarının göstəricisi ilə müqayisədə 7,8% azdır.