AZƏRBAYCAN » CƏMİYYƏT
26 Mart 2020, 14:28 (GMT +4)

Sumqayıtda mənzildən meyit tapılıb

Bakı, 26 mart, SalamNews.Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

SalamNews-un FHN saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1982-ci il təvəllüdlü Ağayev Ruslan Akif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.