DÜNYA » SİYASƏT
26 Mart 2020, 13:33 (GMT +4)

İran FBI məmurunun ölkə həbsxanasında ölməsi iddiasına münasibət bildirib

Bakı, 26 mart, SalamNews, B.Samid. İran ABŞ-ın Federal Təhqiqat Bürösunun polisi Robert Levinsonun ölkə həbsxanalarında olması və burada ölməsi xəbərini təkzib edib.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın BMT-dəki nümayəndəliyinin sözçüsü Əlirza Mir-Yusifi deyib.

Trampın Ronert Levinsonla bağlı iddialarına münasibət bildirən İran rəsmisi vurğulayıb ki, İranın belə bir şəxslə bağlı məlumatı olmayıb və indi də yoxudur.

İran rəsmisi twıtter səhifəsində yazıb ki, ölkəsi Federal Təhqiqat Bürosunun məmuru Robert Levinsonun İran həbsxanalarının birində ölməsi ilə bağlı məlumata malik deyil.

Qeyd edək ki, Robert Levinsonun ailəsi FTB polisinin İran həbsxanalarında öldüyünü bildirsə də Donald Tramp onun sağ olduğunu deyib və polisin yeri barədə məlumat verənə 20 milyon dollar mükafat vəd edib.