DÜNYA » CƏMİYYƏT
26 Mart 2020, 13:58 (GMT +4)

İranda koronavirusa yoluxanların sayı 29 mini ötüb, 10 min nəfər sağalıb

Bakı, 26 mart, SalamNews, B.Samid. İranda koronavirusa yoluxanlar 29,406, bu virusdan qurtulanlar isə 10,457 nəfərdir.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur deyib.

İran rəsmisi bu günkü mətbuat konfransında bildirib ki, ölkədə koronavirusa yoluxanlar 29 mini keçib və ölənlərin sayı 2234 nəfər təşkil edir.

K. Cahanpur əlavə edib ki, hazırda ölkədə xəstələrdən 2,700-nün vəziyyəyi ağırdır.

O, indiyədək, sözügedən virusdan 10,457 xəstənin qurtulduğunu da diqqətə çatdırıb.