DÜNYA » CƏMİYYƏT
26 Mart 2020, 16:01 (GMT +4)

İspaniyada koronavirusdan ölənlərin sayı 4 mini keçib

Bakı, 26 mart, SalamNews, B.Samid. İspaniya da koronavirusun itkilərinin sayına görə Çini geridə qoyub. Bu ölkədə koronavirusdan ölənlərin sayı 4 mini ötüb.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi bəyanat verib.

Bildirilib ki, ötən gündə koronavirusdan daha 650 nəfər həyatını itirib və ölənlərin ümumi sayı 4 mini ötüb.

Bu ölkədə koronavirusa yoluxanlar azı 56 mindir.

Qeyd edək ki, Koronavirus pandemiyasına (COVİD-19) görə İspaniyada fövqəladə rejimin müddəti uzadılıb. Bu ölkədə martın 14-də elan edilən və martın 29-da bitməsi nəzərdə tutulan rejim aprelin 11-dək uzadılıb.