AZƏRBAYCAN » MƏDƏNİYYƏT
26 Mart 2020, 17:30 (GMT +4)

“CinemaPlus” Prezidentin çağırışına qoşularaq 100 min manat yardım edir

Bakı, 26 mart, SalamNews. "CinemaPlus" kinoteatrlar şəbəkəsi Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

SalamNews xəbər verir ki, bu məqsədlə “CinemaPlus” Fonda 100 000 manat məbləğində vəsait ayrıb.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasında məqsəd Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısını almaq və onunla mübarizə aparmaq üçün yönəlmiş tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.