AZƏRBAYCAN » İQTİSADİYYAT
27 Mart 2020, 17:11 (GMT +4)

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği açıqlanıb

Bakı, 27 mart, SalamNews.Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 90 155 635 manat ianə edilib.

SalamNews xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 1068 hüquqi, 2191 fiziki şəxs ianə köçürüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanıyla martın 19-da yaradılıb.