DÜNYA » SİYASƏT
28 Mart 2020, 12:45 (GMT +4)

ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

Bakı, 28 mart, SalamNews. ABŞ, COVID-19 koronavirus pandemiyası ilə mübarizə üçün qlobal təcili yardım paketinin bir hissəsi olaraq Ermənistana 1,1 milyon dollar yardım ayıracaq. 

SalamNews Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Amerikanın Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Dövlət katibi Mayk Pompeo ABŞ-ın koronavirusun ən pis yayıldığı ölkələrə kömək üçün 274 milyon dollar ayırdığını açıqlayıb. Bu vəsait 64 ölkə arasında bölüşdürüləcək.

Amerika Erməni Milli Komitəsinin (ANCA) sədri Raffi Amparyan bildirib ki, ABŞ-ın COVID-19 ilə əlaqədar Ermənistana yardım məqsədi ilə maliyyə ayırmasını alqışlayır.