DÜNYA » SİYASƏT
30 Mart 2020, 15:07 (GMT +4)

ABŞ Nineva əyalətində hərbi qərargahı İraq Ordusuna təhvil verib

Bakı, 30 mart, SalamNews, B.Samid. ABŞ-ın başçılıq etdiyi “İŞİD-ə qarşı hərbi koalisiya” əl-Qaim, əl-Qayyara, “K1” hərbi qərargahlarından sonra Nineva əyalətindəki qərargahını da İraq Ordusuna təhvil verib.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki bu barədə İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı bəyanat verib.

Bildirilib ki, ABŞ Nineva əyalətindəki qərargahı orduya təhvil verib.

ABŞ bundan öncə İraq-Suriya sərhədində yerləşən əl-Qaim bazasını, Kərkükdə yerləşən “K1” və Nineva əyalətində yerləşən əl-Qayyara hərbi hava qərargahını ölkə ordusuna təhvil verib.

Son həftədə Fransa və Çexiya qüvvələri də İraqı tərk ediblər.

İraqlı ekspertlər bildirir ki, ABŞ təhvil verdiyi bazalardakı qüvvələrini digər 9 bazaya köçürür və məqsəd onları daha təhlükəsiz məkanlarda yerləşdirməkdir.