DÜNYA » CƏMİYYƏT
01 Aprel 2020, 11:52 (GMT +4)

İran prezidenti ölkədə koronavirusa yoluxma hallarının azaldığını bildirib

Bakı, 1 aprel, SalamNews, B.Samid. “Koronavirusun yayılması tendensiyası bütün əyalətlərdə digər günlərlə müqayisədə azalıb.”

SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani “Koronavirusla Mübarizə Mərkəzi”nin bu günkü toplantısında deyib.

Həsən Ruhani İranda koronavirusa qarşı aparılan tədbirlər barədə məlumat verərkən bildirib ki, ölkədə virusun yayılması ilə bağlı statistika digər günlərlə müqayisədə aşağı düşməkdədir.

“Xoşbəxtlikdən koronavirusun yayılması istisnasız olaraq bütün əyalətlərdə azalıb. Mənim üçün şad xəbərdir ki, xalqımızın, həkimlərin və mütəxəssislərimizin koronavirusla bağlı tutduğu həlli yolu düzgündür.”

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 44,606 bu virusdan ölənlər isə 2,898 nəfər təşkil edir. 14 min bu virusdan qurtulub.