DÜNYA » SİYASƏT
03 Aprel 2020, 16:07 (GMT +4)

Angela Merkel karantindən çıxıb

Bakı, 3 aprel, SalamNews. Almaniya kansleri Angela Merkel karantindən çıxaraq iş yerinə qayıdıb.

SalamNews -un xəbərinə görə, bu barədə TASS Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffan Zaybertə istinadən xəbər verib.

Merkelə bu müddət ərzində bir neçə dəfə koronavirusla bağlı test edilib, hamısının nəticəsi  mənfi olub.

Merkel, onu müalicə edən həkim koronavirusa yoluxduqdan sonra  ev karantininə getməyə qərar vermişdi. O, evindən videozənglər vasitəsi ilə işləyirdi.