DÜNYA » SİYASƏT
03 Aprel 2020, 17:37 (GMT +4)

İsrail polisi fələstinli naziri həbs edib

Bakı, 3 aprel, SalamNews, B.Samid. İsrail qüvvələri Fələstin Muxtariyyətinin “Qüds məsələləri üzrə” nazirini həbs ediblər.

SalamNews bu barədə Fələstinin rəsmi xəbər agentliyi VƏFA-a ya istinafdla xəbər verir.

Bildirilib ki, İsrail qüvvələri bu gün səhər nazir Fadi əl-Hadminin Qüds şəhərinin əs-Səvana qəsəbəsindəki evinə basqın eədərək, onu həbs ediblər.

İsrail tərəfi Fələstin muxtariyyəti nazirinin həbs edilməsinin səbəbini hələ açıqlamayıb.

Bu dördüncü dəfədir ki, İsrail Fələstinin Qüds işləri üzrə nazirini saxlayır.

Hazırda İsrail həbsxanalarında Fələstinin 7 deputatı və iki sabiq naziri var.