RUSİYA » İQTİSADİYYAT
04 Aprel 2020, 10:51 (GMT +4)

Putin neft hasilatının azaldılmasının şərtlərini açıqlayıb

Bakı, 4 aprel, SalamNews. Rusiya neft hasilatının gündə 10 milyon barelədək azaldılmasını mümkün hesab edir. SalamNews-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu fikri Vladimir Putin qlobal enerji bazarlarında cari vəziyyətlə bağlı müşavirədə bəyan edib.

Bununla belə, Rusiya prezidenti qeyd edib ki, bu addım “tərəfdaşlığa uyğun” şəkildə atılmalıdır. “Düşünürəm ki, tərəfdaşlıq münasibətləri barədə danışarkən, tərəfdaşlarımız da daxil olmaqla hamı başa düşür ki, söhbət neft hasilatının böhrandan əvvəlki səviyyəyə salınması, yəni cari ilin ilk rübündəki səviyyədə olmasından gedir”, - deyə Vladimir Putin bildirib.