RUSİYA » CƏMİYYƏT
08 Aprel 2020, 12:53 (GMT +4)

Rusiyada son sutka ərzində 1175 koronavirusa yoluxma halı qeydə alınıb

Bakı, 8 aprel, SalamNews. Rusiyada son sutka ərzində 56 bölgədə 1175 koronavirusa yoluxma halı qeydə alınıb, ölkədə ümumilikdə yoluxanları sayı 8 672-yə çatıb.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə  koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə əməliyyat qərargahından məlumat verilib.

"Son gün ərzində Rusiyada 56 bölgədə koronavirus COVID-19-a yoluxma təsdiq edilib, bu 1,175 nəfər təşkil edir", məlumatda deyilir.

Qeyd edilir ki, son gün ərzində koronavirus diaqnozu qoyulan 5 xəstə dünyasını dəyişib, bununla ölkədə ölənlərin sayı  63-ə çatıb.

Ümumilikdə, Rusiyada 81 bölgədə 8 672 koronavirusa yoluxma qeydə alınmışdır.