DÜNYA » SİYASƏT
08 Aprel 2020, 13:45 (GMT +4)

Daha bir ərəb ölkəsi koronavirusa görə yüzlərlə məhbusu azad edib

Bakı, 8 aprel, SalamNews, B.Samid. Oman Sultanlığında 600-ə yaxın məhbus koronavirusa qarşı tədbirlər fonunda əfv ediliblər.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Omanın sultanı Heysəm bin Tariq Ali-Səid ölkədə 600 məhbusun əfv edilməsilə bağlı sərəncam imzalayıb.

Əfv edilənlərin 336 nəfəri xarici vətəndaşlardır.

Rəsmi mənbələr bu əfv sərəncamının koronavirusla bağlı tədbirlər fonunda imzalandığını deyiblər.