AZƏRBAYCAN » SİYASƏT
24 Aprel 2020, 17:02 (GMT +4)

Misir prezident İlham Əliyevin təklifinə müsbət cavab verib

Bakı, 24 aprel, SalamNews. Misir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının növbəti toplantısı ilə bağlı təklifinə müsbət cavab verib.

SalamNews xəbər verir ki, bunu Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim agentliyə açıqlamasında deyib.

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi ilə  Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin "Yeni Koronavirus pandemiyasına (COVİD-19) qarşı mübarizədə Birlik" adı altında 4 May 2020-ci il tarixində   videokonfrans şəklində keçiriləcək Sammitində  Misir Ərəb Respublikasının Prezidenti cənab Abdel Fattah Al-Sisi-nin iştirak edəcəyini qeyd edərək, Misirin Qoşulmama Hərəkatındakı tarixi və qabaqcıl rolunu,  xüsusilə də böhran dövrlərində çoxşaxəli iş sisteminin və beynəlxalq həmrəyliyin dəstəklənməsinin vacibliyinə daim sadiqdliyini vurğuladı.

Misir səfiri əlavə edərək bildirdi ki, cari ilin ikinci yarısında Misir Ərəb Respublikasının Prezidenti cənab Abdel Fattah Al-Sisi-nin Azərbaycana səfəri  planlaşdırılmışdır. Diplomat bu səfərin Misir Prezidentinin Azərbaycan Respublikasına ilk səfəri olduğu üçün  böyük əhəmmiyyət kəsb etdiyini vurğulayaraq sözügedən səfərin vaxtına dair qərarın Yeni Koronavirus pandemiyasınnın (COVİD-19)  yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq daha sonra veriləcəyini diqqətə çatdırdı.