AZƏRBAYCAN » MEDİA
24 Aprel 2020, 22:15 (GMT +4)

Jurnalist Ekspert Mərkəzi yeni xəbər saytı açıb

Bakı, 24 aprel, SalamNews. Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb.

Bu barədə SalamNews-a Jurnalist Ekspert Mərkəzi İctimai Birlyi (JEM) məlumat yayıb. Mərkəzin dəstəyi ilə yaradılan sayt Rupor.az adlanır.

Baş redaktor vəzifəsini icra edəcək JEM sədri Ceyhun Musaoğlunun fikirləri də məlumatda əksini tapıb.

JEM sədri saytın ənənəvi media quruluşlarından fərqlənməyəcəyini, jurnalistika sahəsində yeni dövrün tələblərinə cavab verən qaydalara uyğun şəkildə fəaliyyət göstərməyə çalışacağını, zamanla texniki imkanlarını artıracağını, bununla ictimaiyyətin sağlam xəbər almaq arzusunun tam gerçəkləşməsinə səy göstərəcəyini, ölkədə mətbu mühitin saf qalmasına dəstək verəcəyini, jurnalistikanın rupor mahiyyətli olduğunu örnək tutacağını bildirib.

C.Musaoğlu “Rupor” adına aydınlıq gətirib: “Əslində jurnalistika rupor rolunu oynamalıdır. İctimaiyyətin səsini gücləndirib hökumətə, hökümətin səsini gücləndirb ictimaiyyətə çatdırmaq ruporluğun məna yüküdür. Burada “gücləndirmək” ifadəsi özündə müsbət olan çox mənanı əks etdirir. Cəmiyyətdəki təbəqələrin bir-birini aydın eşitməsi vacibdir. Jurnalist məhz belə bir mühitin yaradılmasına xidmət edən peşə sahibidir”.