DÜNYA » SİYASƏT
29 Aprel 2020, 10:28 (GMT +4)

Suriyada neft tankerinin şəhərin mərkəzində partladılması anı kameralara düşüb (VİDEO)

Bakı, 29 aprel, SalamNews, B.Samid. Suriyanın şimalında Afrin şəhərində neft maşının partladılması kameralara düşüb.

SalamNews xəbər verir ki, Türkiyə mətbuatı Afrin şəhərinin mərkəzində neft tankerinin partladılması anlarının görüntülərini yayımlayıblar.

Türkiyənin rəsmi hərbi mənbələri bu hücumun Afrinin mərkəzində Racu küçəsində baş verdiyini və nəticədə azı 40 nəfərin öldüyünü bildiriblər.

Ölənlərin 11-i qadın və uşaqlardır.

BBC-nin məlumatına görə burada Türkiyənin dəstəklədiyi silahlı birləşmələrin üzvlərindən 6-sı ölüb.

Bu hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.

Qeyd edək ki, Türkiyə və dəstəklədiyi hərbi birləşmələr Afrin şəhərini 2018-ci ildə separatçı kürd bölmələrindən geri alıblar.