RUSİYA » İDMAN
02 May 2020, 14:52 (GMT +4)

Rusiya Avro-2020-nin keçirilməsinə zəmanət verib

Bakı, 2 may, SalamNews. Avropa çempionatının bir il təxirə salınmış oyunlarının Sankt-Peterburqda keçirilməsinə zəmanət verilib və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu barədə məlumatlandırılıb.

SalamNews-un verdiyi xəbərə görə, Rusiya Federasiyasının idman naziri Oleq Matıtsin TASS agentliyinə müsahibəsində belə deyib.  

Avropa çempionatı 2021-ci ildə qitənin 12 şəhəri – Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək. 17 martda verdiyi qərarla UEFA koronavirus pandemiyası səbəbilə turniri bir il ertələmişdi.