DÜNYA » SİYASƏT
04 May 2020, 12:30 (GMT +4)

Qazaxıstan MSK spiker Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsini təsdiqləyib

Bakı, 4 may, SalamNews. Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkə senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.

“4 may 2020-ci ildə Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib, iclas zamanı "Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı D.N.Nazarbayevanın səlahiyyətlərinin dayandırılması haqqında” qərar qəbul edilib", məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, Nazarbayevanın səlahiyyətlərinə  Qazaxıstan Konstitusiyasının 52-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq xitam verilib.

SalamNews-un RT-yə istinadən verdiyi xəbərə görə, mayın 2-də Tokayev Nazarbayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.