DÜNYA » SİYASƏT
04 May 2020, 12:19 (GMT +4)

Yəmən münaqişəsi dövründə 290 KİV nümayəndəsi həyatını itirib

Bakı, 4 may, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın Yəmənə müdaxiləsindən sonra bu ölkədə 290 KİV nümayəndəsi həyatını itirib.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə “Yəmən Media Nümayəndələri Birliyi” məlumat verib.

Birlik son beş ildə Səudiyyə Ərəbistanın və koalisiyasının hava və artileriya zərbələrində, eləcə də döyüşlərdə 290 KİV nümayəndəsinin öldüyünü bildirib.

“Yəmən Media Nümayəndələri Birliyi” bu cinayətlərin ədalətli şəkildə araşdırılması üçün müstəqil beynəlxalq komissiyanın təşkil edilməsini və cinayətkarların cəzalandırılmasını istəyib.

Qurum əlavə edib ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyasının hücumu nəticəsidə ölkədə azı 23 televiziya, radio və media urumlarına aid sair infrastruktura dağılaraq sıradan çıxıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və rəhbərlik etdiyi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə müdaxiləyə başlayıb.