DÜNYA » İDMAN
05 May 2020, 14:40 (GMT +4)

Bild: Almaniyada öldüyü elan edilən futbolçu sağ tapılıb

Bakı, 5 may, SalamNews. Almaniyanın "Şalke" (Gelsenkirchen) futbol klubunun müdafiəçisi Xiannik Kambanın 2016-cı ildə avtomobil qəzasında öldüyü elan edilmişdi. 2020-ci ilin aprelində keçmiş idmançı sağ tapılıb.

"Bild"in məlumatına görə, 33 yaşlı Kamba ailəsi ilə Almaniyanın Rur bölgəsində yaşayır. Keçmiş "Şalke" müdafiəçisi sığortadan faydanmaq üçün saxta ölüm sənədi alıb.

Hazırda Almaniyanın prokurorluğu istintaq aparır, bu işdə əsas şübhəli şəxs Kambanın həyat yoldaşıdır.

SalamNews TASS-a istinadən xəbər verir ki, müstəntiqlər qadının ərinin ölümü ilə bağlı saxta sənədlər verməkdə şübhəli bilir.