DÜNYA » SİYASƏT
08 May 2020, 10:44 (GMT +4)

KXDR lideri ÇXR sədrinə koronavirusla bağlı ismarıc göndərib

Bakı, 8 may, SalamNews. KXDR Dövlət Şurasının sədri Kim Çen In ÇXR sədri Si Tsinpinə şifahi ismarıc göndərərək Çinin koronavirusla mübarizədəki uğurlarını yüksək qiymətləndirib.

SalamNews TASS-a istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAC) məlumat yayıb.

"KXDR Dövlət Şurasının sədri Kim Çen In, ÇXR  sədri, CPC Mərkəzi Komitəsinin baş katibi Si Tsinpini Çinin COVID-19 epidemiyasına qarşı mübarizədə uğurlara imza atdığı üçün şifahi şəkildə təbrik edib", məlumatda deyilir.