DÜNYA » SİYASƏT
09 May 2020, 16:25 (GMT +4)

Səudiyyə Ərəbistanında sabiq kralın oğlu həbs edilib

Bakı, 9 may, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanında hakim Səud ailəsinin tanınmış üzvlərindən biri sabiq kralın oğlu Feysəl bin Abdullah həbs edilib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə ‘Human Rights Watch’ məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanın daxilində etibarlı mənbələr sabiq kralın oğlu Feysəl bin Abdullahın həbs edilməsindən xəbər verirlər.

Məlumata görə şahzadə, Səudiyyə Ərəbistanında mart ayının sonu və aprelin əvvəllərindən tətbiq edilən karantin rejimi ilə bağlı evində olan zaman həbs edilib.

Şahzadə 2017-ci ildə ölkədə hakim ailə üzvlərindən bəzilərinin, din alimləri, siyasi fəallar və mütəfəkkirlərin həbsi zamanı da saxlanılmış və az sonra azad edilmişdi.

Cari ilin əvvəlində də hakim ailədən olan bır sıra rəsmilər, zabitlər və sabiq siyasətçilər çevrilişə cəhd şübhəsilə saxlanılmışdılar.