DÜNYA » SİYASƏT
14 May 2020, 11:57 (GMT +4)

Tramp Çinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini araşdırmaq niyyətindədir

Bakı, 14 may, SalamNews. ABŞ Prezidenti Donald Tramp, koronavirus səbəbiylə Çinə qarşı sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsini hələ görmədiyini, ancaq onu ətraflı şəkildə araşdırmağı planlaşdırdığını bildirib.
SalamNews bu barədə TASS-a istinadən xəbər verir. 

Qeyd edək ki, Respublikaçı senator Lindsi Qrem Senatda Çinlə bağlı yeni qanun layihəsi irəli sürüb. Qanun layihəsi Pekinin əməkdaşlıq edib yeni koronavirusun baş verməsinə səbəb olan hadisələr barədə tam hesabat verməyəcəyi təqdirdə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.