DÜNYA » SİYASƏT
15 May 2020, 12:18 (GMT +4)

CNN: Braziliya Prezidenti məhdudlaşdırıcı tədbirləri uğursuzluğa aparan yol adlandırıb

Bakı, 15 may, SalamNews. Braziliya prezidenti Jair Bolsonaru bildirib ki, koronavirus pandemiyası səbəbiylə daha sərt sosial təcrid tədbirləri ölkəni parçalayacaq. "CNN" xəbər verir ki, o, dövlət sektoru işçilərinin maaşları üçün kifayət qədər pul olmayacağını izah edib.

SalamNews xəbər verir ki, siyasətçi qeyd edib ki, bir çox bölgə qubernatorlarının tətbiq etdiyi karantin tədbirləri böhranı daha da kəskinləşdirir və Braziliya kasıb ölkəyə çevrilir.

"Bu məhdudlaşdırıcı tədbirlər barədə hekayə, hər şeyin bağlanması - bu çıxış yolu deyil, bu uğursuzluğa, Braziliyanın dağıdılmasına aparan yoldur", Bolsonaru jurnalistlərə bildirib.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxanların sayı 203 minə yaxınlaşır.