AZƏRBAYCAN » İDMAN
19 May 2020, 12:40 (GMT +4)

"Qarabağ" klubunda koronavirus testlərinin nəticələri bəlli olub

Bakı, 19 may, SalamNews."Qarabağ" klubunun üzvlərindən götürülmüş koronavirus testlərinin nəticələri bəlli olub.

Ağdam təmsilçisindən SalamNews-a verilən məlumata görə, klubun bütün üzvlərinin testi mənfi çıxıb və onlarda virus aşkarlanmayıb.

Qeyd edək ki, "Qarabağ"ın rəhbərliyi, məşqçilər heyəti, futbolçuları başda olmaqla, bütün klub işçiləri mayın 15-də koronavirus testi veriblər.