DÜNYA » SİYASƏT
19 May 2020, 14:45 (GMT +4)

Cənubi Sudanın vitse-prezidentini koronavirusa yoluxub

Bakı, 19 may, SalamNews. Cənubi Sudanın birinci vitse-prezidenti Riek Maşar və həyat yoldaşı COVID-19-a yoluxub. 

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "Reuters" siyasətçinin ofisinə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, vitse-prezidentin bəzi  işçiləri və cangüdənləri də xəstəliyə yoluxub.

Qeyd edək ki, hazırda Cənubi Sudanda 194 nəfərdə koronavirusa yoluxma  aşkarlanıb.

Mayın 14-də ilk ölüm hadisəsi qeydə alınıb.