RUSİYA » CƏMİYYƏT
20 May 2020, 10:57 (GMT +4)

Rusiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Bakı, 20 may, SalamNews. Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 helikopterinin Moskva vilayətində sərt enişi zamanı göyərtədəki üç nəfərlik heyəti ölüb. SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə  təcili xidmət nümayəndəsi məlumat verib.

Axtarış qrupu hadisə yerində hər iki qara qutunu tapıb, onlar qənaətbəxş vəziyyətdədir.

Vertolyot təlim uçuşu zamanı Klin şəhərindən 20 kilometr məsafədə çətin eniş edib.

Fəlakətin səbəbi, ilkin məlumata görə texniki nasazlıq ola bilər.