DÜNYA » İQTİSADİYYAT
20 May 2020, 11:28 (GMT +4)

"Brent" markalı neftin qiyməti yüksəlib

Bakı, 20 may, SalamNews. Dünyada neft qiymətləri Amerika Neft İnstitutundan (API) ABŞ-ın neft ehtiyatlarının azalması ilə bağlı yayılan məlumatlar fonunda yüksəlib.

SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 0,75 faiz artaraq 34,91 dollar/barelə, WTI xam neftinin iyul fyuçersləri isə 0,5 faiz artaraq 32,12 dollar/barel təşkil edib.

Son üç həftə ərzində neft qiymətləri əhəmiyyətli dərəcədə artıb, hər iki markalı neftin qiyməti bazar ertəsi günü bir aydan çoxdur ilk dəfə bir barel üçün 30 dollardan yuxarı qalxıb.