AZƏRBAYCAN » CƏMİYYƏT
20 May 2020, 12:30 (GMT +4)

Vüsal Hüseynov: Qanunsuz miqrantların sığınacaq mərkəzində 42 nəfər saxlanılır

Bakı, 20 may, SalamNews, K.Orxan. Qanunsuz miqrantlar üçün sığınacaq mərkəzində 42 nəfər saxlanılır.

SalamNews-un əməkdaşının sualını cavablandıran Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn mətbuat konfransında bildirib ki, həmin sığıncaqda saxlanma şəraiti da beynəlxalq tələblərə cavab verir:

"Pandemiya baş verməsəydi, aprel ayında orada vətəndaş əmiyyəti institutları və jurnalistlər üçün "açıq qapı" günü keçirəcəkdik".