DÜNYA » HADİSƏLƏR
20 May 2020, 13:41 (GMT +4)

Nigerdə yaraqlıların hücumu nəticəsində 12 hərbçi ölüb

Bakı, 20 may, SalamNews. Nigerin cənub-şərqindəki Diff bölgəsində radikal Boko Haram qruplaşmasının hücumu nəticəsində on iki əsgər həlak olub, onu  yaralanıb.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

Hərbi posta hücum bazar ertəsindən çərşənbə axşamına keçən gecə baş verib.

Nazirlikdən verilən məlumata görə, qarşıdurmada yeddi yaraqlı məhv edilib.

Nigeriyada "İslam Dövlətinin Qərbi Afrika vilayəti" adı ilə tanınan radikal Boko Haram qrupu fəaliyyət göstərir.

Onlar Qərbin təhsil modelinə qarşı çıxır və ölkədə şəriətin tətbiq edilməsinə nail olmağa çalışır.