DÜNYA » HADİSƏLƏR
21 May 2020, 11:40 (GMT +4)

Hindistan və Banqladeşdə "Amfan" qasırğası 14 nəfərin həyatına son qoyub

Bakı, 21 may, SalamNews. Şərqi Hindistan və Banqladeşdə tüğyan edən "Amfan" qasırğası azı 14 nəfərin həyatına son qoyub. Yerli KİV-lərin məlumatına görə, təbii fəlakət nəticəsində minlərlə ev dağılıb.

SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, ən böyük zərbə Hindistanın əhalinin sıx yaşadığı Qərbi Benqaliya əyalətinə dəyib.

"Ştatın bütün cənub hissəsi zərər çəkib. Biz şokdayıq. Təbii fəlakətin vurduğu ziyanın hesablanması üç-dörd gün davam edəcəkdir. Siklon elektrik enerjisinin təchizatında problemlər yaradıb, bir çox ev, körpü dağılıb", - Qərbi Benqaliyanın baş naziri Mamata Banerji bildirib.

Onun sözlərinə görə, ştatda azı 10 nəfər həlak olub.